Bu yay bir çox futbolçusu ilə yollarını ayıran “Şamaxı” heyətini gücləndirməyə başlayıb.
İdman.Biz football.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Portuqaliyanın Üçüncü Liqasından iki oyunçu ilə anlaşıb.
Söhbət mərkəz müdafiəçisi Ruy Paçeko və sol cinah müdafiəçisi Jotadan gedir. Hər iki futbolçu ilə tezliklə müqavilə imzalanacaq.
Qeyd edək ki, 23 yaşlı Paçeko son mövsümdə “Paredes” formasıyla 23 oyunda bir məhsuldar ötürməylə yadda qalıb. 25 yaşlı Jota isə “San Xoa Ver”də 24 matçda iki qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki oyunçu ilk dəfə legioner həyatı yaşayacaq.
