“Araz-Naxçıvan” FK Luka Dumançiçlə müqavilə bağlayıb

19 İyun 2026 16:42
102
“Araz-Naxçıvan” FK Luka Dumançiçlə müqavilə bağlayıb

“Araz-Naxçıvan” futbol klubu xorvatiyalı müdafiəçi Luka Dumançiçlə anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə anlaşmanın müddəti bir illikdir.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

İdman.Biz