Musa yenə heyətdən kənarda qalıb

Xəbərlər
21 May 2024 00:13
304
Musa yenə heyətdən kənarda qalıb

Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının komandası İsveç çempionatında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “Yurqorden” öz meydanında “Halmstad”ı məğlub edib.

Musanın klubu 10-cu tur çərçivəsində keçirilən qarşılaşmanı 2:0 hesabı ilə üstün bitirib. Qurbanlının adı bu oyunun sifariş ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Yurqorden” ardıcıl 5-ci qələbəsini qazanıb. Komanda 22 xalla 2-ci pilləni tutur.

İdman.biz