Vəli Qasımovdan poker: “Neftçi” veteranları “Spartak Vilnüs”ü məğlub etdi - YENİLƏNİB + FOTO/VİDEO

4 Oktyabr 2026 13:33
656
Vəli Qasımovdan poker: “Neftçi” veteranları “Spartak Vilnüs”ü məğlub etdi - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın “Neftçi” futbol komandasının veteranları Bakıda keçirilən yoldaşlıq görüşündə Litvanın “Spartak Vilnüs” kollektivinə qalib gəliblər.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunan qarşılaşma Bakı təmsilçisinin 10:9 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədən sonra “Neftçi” 4:2 hesabı ilə öndə olub.

Matçın ən məhsuldar futbolçusu Vəli Qasımov olub. O, rəqib qapısından dörd top keçirərək poker edib. Mahmud Qurbanov iki dəfə fərqlənib. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir qol vurublar.

Yubiley görüşü üçün bu komandaların seçilməsi təsadüfi olmayıb. Stadionun 1951-ci ildə keçirilən ilk matçında da həmin kollektivlər üz-üzə gəliblər. O vaxt “Neftçi”nin əvvəlki adı olan “Neftyanik” Litva komandasına 4:0 hesabı ilə qalib gəlib.

75 il sonra komandalar tarixi arenada bu dəfə veteranların iştirakı ilə yenidən qarşılaşıblar.

10:05

Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt “Neftçi” “Neftyanik” adı ilə çıxış edib. Bakı təmsilçisi Vilnüs “Spartak”ından üstün olub - 4:0.

Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.

@idman.biz 75 il sonra eyni rəqiblər yenidən Respublika Stadionunda - "Neftçi" və "Spartak" veteranları üz-üzə #futbol⚽️ ♬ оригинальный звук - Idman və Biz
İdman.Biz