“Neftçi” vaxtından əvvəl çempion olub

Xəbərlər
20 May 2024 21:24
105
“Neftçi” vaxtından əvvəl çempion olub

Futbol üzrə Azərbaycan çempionatında Əvəzedicilər Liqasının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, sona 1 tur qalmış “Neftçi-2” çempionluğunu rəsmiləşdirib.

35-ci turda səfərdə “Səbail-2”yə qalib gələn “ağ-qaralar” 86 xal toplayıblar. Rəşad Abdullayevin başçılıq etdiyi komanda ən yaxın izləyicisi “Qəbələ-2”ni 4 xal qabaqlayıb.

Qeyd edək ki, “Qəbələ-2” (82 xal) çempionatın gümüş, "Sabah-2" (67 xal) isə bürünc medallarını qazanıb.

İdman.biz