“Beşiktaş”ın futbolçusuna silahlı hücum edilib

Xəbərlər
20 May 2024 17:55
350
“Beşiktaş”ın futbolçusuna silahlı hücum edilib

İcarə əsasında Fransa Liqa 1 təmsiliçi "Marsel"in şərəfini qoruyan Jan Onana və komanda yoldaşı Faris Moumbaqnaya silahlı hücum edilib.

İdman.biz xəbər verir ki, "Beşiktaş"a məxsus futbolçuya hücumun məqsədi oğurluq olub.

Qarətçilər futbolçuların olduğu avtomobilə bir neçə atəş açıblar. İnsidentdə Onana və Faris yaralanmadan qurtulub.

Qeyd edək ki, yarımmüdafiəçi Jan Onana bu mövsüm "Marsel"in heyətində 13 oyunda 1 qolla yadda qalıb.

İdman.biz

Məqalədə: