Elmar Baxşıyev: “Ən zəif oyunlarımızdan biri idi”

Xəbərlər
19 May 2024 18:21
97
Elmar Baxşıyev: “Ən zəif oyunlarımızdan biri idi”

“Qəbələ” Azərbaycan futbolu üçün dəyərlidir”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turunda "Qəbələ"yə 0:2 hesablı məğlubiyyəti şərh edib: “Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. "Qəbələ"ni təbrik edirəm. Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik”.

Elmar Baxşıyev yenidən Qəbələdə olmasında münasibət bildirib: “Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. "Qəbələ" Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, "Qəbələ" yenə əvvəlki ad-sanını bərpa edəcək”.

Qeyd edək ki, “Qəbələ” 26 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz