“Sevilya”da vida

Xəbərlər
19 May 2024 09:29
261
“Sevilya”da vida

“Sevilya”nın baş məşqçisi Kike Sançes Flores mövsümün sonunda postunu tərk edəcək.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

59 yaşlı ispaniyalı ötən ilin dekabrından bu postu tutur. Onun rəhbərliyi altında 23 matça çıxan komanda 11 qələbə qazanıb, 4 heş-heçə edib və 8 dəfə uduzub.

Qeyd edək ki, 36 turdan sonra 41 xala malik “Sevilya” 12-ci pillədə qərarlaşıb.

İdman.biz