“Sevilya”da ömürlük müqavilə

Xəbərlər
18 May 2024 17:02
180
“Sevilya”da ömürlük müqavilə

“Sevilya” qeyri-adi addım ilə diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, İspaniya təmsilçisi günlər öncə ona təklif gəlmədiyindən gileylənən əfsanəvi futbolçusu Xesus Navasla ömürlük müqavilə imzalayıb.

38 yaşlı futbolçu növbəti mövsümün dekabrına kimi komandada oynayacaq. Daha sonra Xesus klubda istədiyi vəzifədə çalışa bilər.

2024-cü ilin dekabrına kimi əndəlusiyalıların formasını geyinəcək Xesus klubdan alacağı maaşı xeyriyyə işləri üçün xəsrcləyəcəyini deyib.

Qeyd edək ki, Navas “Sevilya” forması ilə 684 oyuna çıxıb. Müdafiəçi bu oyunlarda 34 qol, 119 asistlə yadda qalıb.

İdman.biz

Məqalədə: