Futbol üzrə Azərbaycan çempionatının I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Tədbir mayın 23-də baş tutacaq. Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.
Qeyd edək ki, 26 turdan sonra I Liqanın lideri “Şamaxı” klubudur.
İdman.biz