FİFA VAR-la bağlı qaydalarda yenilik etməyi nəzərdən keçirir.
İdman.biz xəbər verir ki, bunu qurumun prezidenti Canni İnfantino 74-cü Konqresdə açıqlayıb.
O bildirib ki, məşqçilərə hakimlərdən VAR-a baxılmasını tələb etmək hüququnun verilməsi planlaşdırlır: “Biz VAR-ı təkmilləşdirmək və inkişaf etdirmək istəyirik. Məşqçilər oyun ərzində iki dəfə VAR-a müraciət edə bilər. Futbolçular bunun üçün öz məşqçilərindən xahiş etməlidir. Əgər məşqçinin istəyi ilə VAR-a baxıldıqdan sonra hakimin qərarı dəyişilsə, onun iki müraciət haqqından biri getməyəcək. Məşqçi daha iki dəfə hakimlərdən VAR tələb edə biləcək”.
Qeyd edək ki, VAR 2018-ci ildə futbol qaydalarına daxil edilib.
İdman.biz