İngiltərə klubları VAR-dan imtina edəcəkmi?

Xəbərlər
16 May 2024 19:26
87
İngiltərə klubları VAR-dan imtina edəcəkmi?

İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi yenidən müzakirə olunacaq.

İdman.biz xəbər verir ki, buna səbəb “Vulverhempton”un videotəkrardan imtina ilə bağlı müraciət ünvanlamasıdır.

Premyer Liqa rəhbəliyi iyunun 6-da şikayətlə bağlı toplantı keçirəcək. Qaydalara görə, çempionatda iştirak edən 20 klubdan 14-ü lehinə səs verəcəyi təqdirdə VAR-dan imtina oluna bilər.

Qeyd edək ki, İngiltərə mətbuatı əksər klubların “Vulverhempton”un təklifinə qarşı olduğunu bildirib.

İdman.biz