Şvaynştayger Almaniyanı sərt tənqid etdi: “Artıq top-komanda deyilik”

28 Sentyabr 2026 03:13
84
Şvaynştayger Almaniyanı sərt tənqid etdi: “Artıq top-komanda deyilik”

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger UEFA Millətlər Liqasının ikinci turunda Yunanıstana 0:1 hesablı məğlubiyyətdən sonra yığmanın hazırkı səviyyəsi barədə sərt danışıb.

İdman.Biz xəbər verir ki, sabiq yarımmüdafiəçi Almaniyanın artıq əvvəlki kimi fərdi keyfiyyətlə matçın taleyini həll edə bilən futbolçulara sahib olmadığını bildirib.

“Biz artıq top-komanda deyilik. İndi orta səviyyəli komandayıq. Artıq oyunun taleyini təkbaşına həll edə bilən futbolçularımız yoxdur. Hətta Yunanıstanda Karetsas, Tsolis, Pavlidis kimi fərq yaradan oyunçular var. Ümid edək ki, Yurgen Klopp öz üslubunda futbol oynaya biləcək komanda qurmağı bacarar”, - deyə Şvaynştayger bildirib.

Qeyd edək ki, Almaniya Yunanıstana Auqsburqda keçirilən qarşılaşmada 0:1 hesabı ilə uduzub. Oyunun yeganə qolunu 74-cü dəqiqədə Dimitrios Kurbelis vurub.

İdman.Biz