“Forbes” ən cox qazanan idmançını açıqlayıb

Xəbərlər
16 May 2024 18:28
140
“Forbes” ən cox qazanan idmançını açıqlayıb

Portuqaliyalı hücumçu Kiştiano Ronaldo 2024-cü ildə ən çox qazanan idmançı olub.

İdman.biz xəbər verir ki, “Forbes” jurnalı onun ildə 260 milyon dollar maaş aldığını yazıb.

Siyahıda 2-ci yeri qolfçu Con Ram tutub. Lionel Messi 3-cüdür. İlk 10-luqda 5 futbolçu, 3 basketbolçu və bir qolfçu və 1 amerikan futbolçusu yer alıb.

1. Kriştiano Ronaldo (futbol, 39 yaş), $ 260 milyon
2. Con Ram (qolf, 29 yaş), $ 218 milyon
3. Lionel Messi (futbol, 36 yaş), $ 135 milyon
4. Lebron Ceyms (basketbol, 39 yaş), $ 128,2 milyon
5. Yannis Adetokunbo (basketbol, 29 yaş), $ 111 milyon
6. Kilian Mbappe (futbol, 25 yaş), $ 110 milyon
7. Neymar (futbol, 32 yaş), $ 108 milyon
8. Kərim Benzema (futbol, 36 yaş), $ 106 milyon
9. Stefen Karri (basketbol, 36 yaş), $ 102 milyon
10. Lamar Cekson (amerikan futbolu, 27 yaş), $ 100,5 milyon

İdman.biz