Millimiz Bolqarıstanla qarşılaşacaq

Xəbərlər
15 May 2024 20:40
149
Millimiz Bolqarıstanla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

İdman.biz AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz Bolqarıstanla qarşılaşacaq.

Oyun iyunun 11-də Bakıda təşkil olunacaq. "Liv Bona Dea Arena" baş tuatacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, U-21 iyunun 7-də Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

İdman.biz