Tarixin ən erkən qollarından biri - VİDEO

Xəbərlər
15 May 2024 20:22
254
Tarixin ən erkən qollarından biri - VİDEO

Rusiya 2-ci Liqasında dünya tarixinin ən erkən qollarından biri vurulub.

İdman.biz xəbər verir ki, "Maşuk"un yarımmüdafiəçisi Nikolay İvanov fərqlənib.

"Ximki" ilə oyunun start fitindən sonra İvanov topu birbaşa rəqib qapısına vurub. İrəli çıxan qapıçı onu dəf edə bilməyib.

Qeyd edək, dünya rekordu ingilis təmsilçisi "Kroydon"un futbolçusu Rayan Holla məxsusdur. Bu ilin fevralında onun vurduğu qol 2,31 saniyədə qeydə alınıb.

İdman.biz