Sterling məhkəmədə avtomobili təhlükəli sürdüyünü etiraf edib

15 Sentyabr 2026 18:30
82
Sterling məhkəmədə avtomobili təhlükəli sürdüyünü etiraf edib

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlin avtomobil qəzasından sonra təhlükəli sürücülük etdiyini bildirib.

İdman.Biz xəbər verir ki, Sterlinq M25, M3, A327 və Minley Road yollarında avtomobili təhlükəli şəkildə idarə etdiyini etiraf edib. O, həmçinin səhvən avtomobildə altı balon azot oksidi saxlamaqda və analiz üçün nümunə təqdim etməkdən yayınmaqda günahını etiraf edib.

Məhkəmədə Sterlinqin azot oksidinə sahib olduğu bildirilib. Sözügedən maddə C kateqoriyalı narkotik vasitə hesab olunur.

Polis qəzanın M3 yolunun cənub istiqamətində, Minley qovşağı yaxınlığında baş verdiyini açıqlayıb. Hadisədə başqa avtomobil iştirak etməyib və xəsarət alan olmayıb.

31 yaşlı futbolçu mayın 28-də səhər saatlarında Hempşirdə M3 magistral yolunda “Lamborghini” markalı avtomobili sədlərə çırpdıqdan sonra həbs olunub.

Sterlinq İngiltərə millisinin heyətində 82 oyun keçirib. Onun milli komandadakı son matçı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında olub.

Futbolçu yanvar ayında “Çelsi”dən ayrıldıqdan sonra “Feyenoord”a keçib və Niderland klubunun heyətində səkkiz oyun keçirib. Hazırda isə klubsuzdur.

Sterlinq “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu olub. O, peşəkar karyerasına “Liverpul”da başlayıb və 2015-ci ildə “Mançester Siti”yə keçib.

2021-ci ildə Sterlinq idmanda irqi bərabərliyə verdiyi töhfələrə görə təltif olunub.

İdman.Biz