AFFA-nın nümayəndələri UEFA-nın seminarında - FOTO

Xəbərlər
15 May 2024 17:15
90
AFFA-nın nümayəndələri UEFA-nın seminarında - FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyera yolu" mövzusunda seminar keçirilir.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Mayın 12-dən başlayan və 16-dək keçiriləcək tədbirdə 15 ölkənin - Azərbaycan, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan, Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukrayna nümayəndələri qatılıb. Seminarda AFFA-nın əməkdaşları – Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Futbolda Sosial Məsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirak edirlər.

Seminarda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digər mövzular haqqında müzakirələr aparılır.

İdman.biz

Məqalədə: