Təmkin Xəlilzadə onlardan təklif gözləyir: “Oturub danışa bilərik” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
15 May 2024 10:36
195
Təmkin Xəlilzadə onlardan təklif gözləyir: “Oturub danışa bilərik” - MÜSAHİBƏ - VİDEO

“Birbaşa Bakı”nın minifutbolçusu Təmkin Xəlilzadənin İdman.bizə müsahibəsi

- 2023/24 mövsümünün finalında “Aznur”a 5:2 qalib gələrək, “Birbaşa Bakı” ilə ilk dəfə Minifutbol Liqasının qalibi oldun. Təəssüratların necədir?

- Çox xoşbəxtəm. 9-10 aylıq əziyyətimizin bəhrəsini gördük. Qələbədə az da olsa pay sahibi olduğuma görə ikitərəfli xoşbəxtəm. Layiq olduğumuz kuboku qazandıq. Hisslərim o qədər çoxdur ki, həyəcandan ifadə edə bilmirəm. Qələbənin dadını çıxarmaq istəyirəm.

- Finalda sanki asan qələbə qazandız...

- Yox, belə deməzdim. “Aznur” bu çempionatda iddialı komandalardan idi. Əsas rəqiblərimizdən “Zirə”ni 2 oyunda top buraxmadan yolundan uzaqlaşdırmışdı. Ona görə oyuna çox ciddi yanaşmışdıq. Hətta 1-ci qolu da onlar vurdular. Lakin daha sonra özümüzdə güc tapıb oyunu öz xeyrimizə çevirdik. Çətin matç oldu. Qıraqdan asan görünə bilər.

- Yaxşı formada olduğun görünür. Böyük futbola qayıtmaq barədə düşünürsən?

- Əlbəttə, istəyirəm. Təmkin Xəlilzadə böyük futbolla vidalaşmayıb. Təmkinə təklif olarsa, oturub danışa bilərik. Hər zaman təklif gözləyirəm.

- Onda təkliflər yoxdur?

- Yox, təkliflər oldu. Son 4-5 aya kimi bu, davam etdi. Amma son aylarda hələlik, olmayıb. Mövsüm bitdikdən sonra, bəlkə gələr.

- Bəs Liqanın fərqi var?

- Oynayacağım liqanın fərqi var. I və II Liqalardan günü bu gün də təkliflər gəlir. Amma özüm istəmirəm.

Emin Ağa
İdman.biz