“Qarabağ”ın 6-cı mümkün rəqibi: Çempionlar Liqasında

Xəbərlər
12 May 2024 11:34
1 789
“Qarabağ”ın 6-cı mümkün rəqibi: Çempionlar Liqasında

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Şimali İrlandiyanın “Larne” klubu ilə qarşılaşa bilər.

Böyük Britaniya təmsilçisi I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. Buna səbəb “Linkoln”un Cəbəllütariqdə çempion adını qazanmasıdır. “Cırtdan ölkə” təmsilçisi səpələnmişlər səbətinə düşüb ki, bunun nəticəsində “Larne” digər tərəfə yollanıb.

Şimali İrlandiya çempionu "Qarabağ"ın 6-cı mümkün rəqibidir. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk “Dinamo”su və "Vikinqur"un da bu səbətdə yer alacağı dəqiqləşib.

I təsnifat mərhələsi
Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)

Səpələnməmişlər
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

İdman.biz