Bəxtsiz və titulsuz bombardirlər - SİYAHI

Xəbərlər
10 May 2024 11:52
91
Bəxtsiz və titulsuz bombardirlər - SİYAHI

Top-5 liqalarında karyerasında heç vaxt klub səviyyəsində beynəlxalq titul qazanmayan dünyanın ən yaxşı bombardirlərinin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Transfermarkt” portalının tərtib etdiyi siyahıya "Bavariya"nın ingiltərəli hücumçusu Harri Keyn başçılıq edir.

“Tottenhem”dən Münhen təmsilçisinə titul qazanmaq üçün gələn futbolçunun komandanın Çempionlar Liqasından kənarda qalması ilə kuboksuz qalacağı dəqiqləşib.

İkinci sırada Antonio di Natale (209) qərarlaşır. Vissam Ben Yedder (198) isə ilk “üçlüy”ü tamamlayır.

Titul qazanmayan, amma ən çox qol vuran 10 oyunçu:

1. Harri Keyn - 249 qol

2. Antonio Di Natale - 209 qol

3. Vissam Ben Yedera - 198 qol

4. Son Hyun Min - 161 qol

5. Arits Adurits - 158 qol

6. Stefan Kiesslinq - 144 qol

7. Vedat İbişeviç - 127 qol

8. Domeniko Berrardi - 122 qol

9. Antoni Modeste - 116 qol

10. Dimitri Payet - 114 qol

İdman.biz

Məqalədə: