“Real” hiyləyə əl atır

Xəbərlər
8 May 2024 21:32
“Real” hiyləyə əl atır

"Real " Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçda hiyləyə əl atacaq.

İdman.biz xəbər verir ki, oyunun keçiriləcəyi “Santyaqo Bernabeu” stadionunun damı bağlanacaq.

Verilən məlumatda bu addımın hava şəraiti ilə deyil (Madriddə hava isti və günəşlidir), daha yüksək səs-küylü şərait yaratmaq istəyi ilə bağlı olduğu bildirilib. Madrid klubu artıq Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ev oyununda eyni fənddən istifadə edib.

Qeyd edək ki, “Real”la “Bavariya” arasındakı ilk oyun 2:2 hesabı ilə başa çatıb.

İdman.biz