Top, forma və... “Qızıl top”

Xəbərlər
7 May 2024 22:28
Top, forma və... “Qızıl top”

1986-cı ilin dünya çempionu Dieqo Maradonanın layiq görüldüyü “Qızıl top” auksiona çıxarılacaq.

İdman.biz xəbər verir ki, hərrac iyunun 6-da Fransada olacaq.

Həmin mundialın 1/4 finalında argentinalı ulduzun İngiltərə yığmasının qapısına əllə vurduğu qolun topu 2022-ci ildə 2 milyon funt sterlinqə satılıb. Həmin ildə Maradonanın ingilislərə qarşı oyunda geyindiyi forması isə 9,28 milyon dollara sahib tapıb.

Qeyd edək ki, Dieqo 2020-ci ilin noyabrında 60 yaşında dünyasını dəyişib.

İdman.biz