“Vest Hem” açıqlayıb - Moyes gedəcək

Xəbərlər
6 May 2024 23:45
110
“Vest Hem” açıqlayıb - Moyes gedəcək

Devid Moyes mövsümün sonunda “Vest Hem”i tərk edəcək.

İdman.biz xəbər verir ki, London klubu bu barədə açıqlama yayıb.

Şotlandiyalı mütəxəssis 2019-cu ildən komandaya başçılıq edib. “Çəkiçdöyənlər” Moyesin rəhbərliyi ilə 2022/2023 mövsümündə Konfrans Liqasının qalibi olub. “Vest Hem” Premyer Liqada 36 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti mövsümdə “Vest Hem”ə ispaniyalı mütəxəssis Xulen Lopeteginin başçılıq edəcəyi xəbərləri yayılıb.

İdman.biz