“Yurqorden” Musasız qalib gəlib

Xəbərlər
5 May 2024 18:11
“Yurqorden” Musasız qalib gəlib

Azərbaycanlı futbolçu Musa Qurbanlının komandası İsveç çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Yurqorden” səfərdə “Vasteras”a 2:0 hesabı ilə qalib gəlib.

Musa 7-ci tur çərçivəsində keçirilən qarşılaşmada meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilsə də, forma geyinmək şansı qazanmayıb.

Qeyd edək ki, bu qələbədən sonra Qurbanlının komandası 13 xalla 2-ci pilləyə yüksəlib.

İdman.biz