22 ildən sonra Premyer Liqada

Xəbərlər
4 May 2024 17:43
69
22 ildən sonra Premyer Liqada

İngiltərə Premyer Liqasına daha bir vəsiqənin sahibi bəlli olub.

İdman.biz xəbər verir ki, “İpsviç” yüksək dəstəyə qayıdıb.

Bu, Çempionşipin XLVI turunda rəsmiləşib. “Haddersfild”ə 2:0 hesabı ilə qələbə “İpsviç”ə Premyer Liqaya qayıtmaq imkanı verib. Sonuncu dəfə 2001/02 mövsümündə güclülər sırasında olan klub 22 ildən sonra elitaya dönüb.

Qeyd edək ki, Premyer Liqaya ilk vəsiqəni “Lester” qazanıb. Sonuncu vəsiqə isə “Lids”, “Sauthempton”, “Vest Bromviç” və “Norviç” arasında pley-offdan sonra sahibini tapacaq.

İdman.biz

Məqalədə: