“Günəşli” və “Aşağı Güzdək” finalda

Xəbərlər
4 May 2024 15:28
“Günəşli” və “Aşağı Güzdək” finalda

Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirində növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, 2012-13-cü il təvəllüdlü uşaqlardan ibarət komandaların yarışında yarımfinal mərhələsi başa çatıb.

Ramana İdman Mərkəzində təşkil olunan qarşılaşmalardan sonra "Günəşli" və "Aşağı Güzdək" komandaları finala yüksəliblər. Günəşlinin eyniadlı təmsilçisi yarımfinalın ilk görüşündə "Mərdəkan"ı 7 cavabsız qolla üstələyib. Güzdəklilər isə "Biləcəri"dən güclü olublar – 2:1.

Qeyd edək ki, yarışa mayın 9-da final qarşılaşması ilə yekun vurulacaq.

İdman.biz

Məqalədə: