Yığmamızın rəqibləri müəyyənləşib

Xəbərlər
3 May 2024 16:13
184
Yığmamızın rəqibləri müəyyənləşib

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq.

Qeyd edək ki, çempionatın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.

İdman.biz

Məqalədə: