Levandovskinin het-triki “Barsa”ya 3 xal qazandırıb - VİDEO

Xəbərlər
30 Aprel 2024 01:07
324
Levandovskinin het-triki “Barsa”ya 3 xal qazandırıb - VİDEO

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

İdman.biz xəbər verir ki, “Barselona” “Valensiya” ilə qarşılaşıb.

Kataloniya klubu öz meydanında əzmkar qələbə qazanıb. İlk hissəni “Valensiya” üstün bitirib. Amma komandanın qapıçısının qırmızı vərəqə alması oyunun gedişinə təsir edib. Fasilədən sonra Levandovski het-trik edərək, “Barselona”ya 4:2 hesablı qələbə qazandırıb.

Bu qələbədən sonra 73 xal toplayan Xavinin komandası 2-ci pilləyə yüksəlib.

İspaniya La Liqası
33-cü tur

“Barselona” – “Valensiya” – 4:2

İdman.biz