2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcək komandanın adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, “Qəbələ”nin sonuncu olması dəqiqləşib.
XXXII turda “Kəpəz”lə qarşılaşan komanda öz meydanında 0:1 hesabı ilə uduzub. Ən yaxın rəqibindən 15 xal geri qalan “Qəbələ” tarixində ilk dəfə güclülər dəstəsini tərk edəcək.
“Qırmızı-qaralar” 2006/2007 mövsümündən Azərbaycan çempionatının əsas liqasında çıxış edir. Bu müddət ərzində “Qəbələ” 2 dəfə gümüş, 3 dəfə isə bürünc medalını qazanıb, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi “Qəbələ”nin çempionatda saxlanılmasına qərar verə bilər.
İdman.biz