Messinin 1200-cü SEVİNCİ

Xəbərlər
28 Aprel 2024 13:49
Messinin 1200-cü SEVİNCİ

“İnter Mayami”in futbolçusu Lionel Messi 1200-cü qolun vurulmasında işirak edib.

İdman.biz xəbər verir ki, argentinalı ulduz 832 qol vurub və 368 ötürməyə imza atıb.

Leo bu göstəriciyə 1057 oyunda nail olub. MLS-in növbəti turunda “İnter Mayami” səfərdə “Nyu İnqlend Revolyuşn”a 4:1 hesabı ilə qalib gəlib. Messi 2 qol və 2 ötürmə ilə yadda qalıb.

Agrentina yığmasının kapitanının komandası 7 oyundan sonra 16 xal toplayıb. Onun hesabında 9 qol vurub və 7 ötürmə var. Messi bu nəticə ilə MLS rekorduna imza atıb.

İdman.biz