“Qəbələ”nin düşərgəsində 3 itki var

Xəbərlər
27 Aprel 2024 20:59
“Qəbələ”nin düşərgəsində 3 itki var

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXII turuna 3 itki ilə çıxacaq.

İdman.biz xəbər verir ki, Ülvi İsgəndərov, Samuel Tetteh və Lukas Afriko “Kəpəz” qarşı forma geyinə bilməyəcəklər.

Hər 3 futbolçu komandanın bu gün keçirilən son məşqində iştirak etməyiblər.

Qeyd edək ki, “Qəbələ” - “Kəpəz” qarşılaşması sabah saat 15:30-da start götürəcək.

İdman.biz