Florian Virts qərarını verib

Xəbərlər
27 Aprel 2024 13:54
Florian Virts qərarını verib

“Bayer”in futbolçusu Florian Virtsin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi növbəti mövsümdə də Leverkuzen klubunda çıxış edəcək.

Onu heyətinə qatmaq istəyən “Bavariya” Virtsi 2025-ci ilin yayında almağı planlaşdırır. Futbolçu və ailəsi məhz Münhen klubuna keçidə üstünlük verirlər. Onlar Florianın gələcəkdə digər ölkəyə getməyini, amma bunadək “Bavariya”da oynamasını məqsədəuyğun sayırlar.

Qeyd edək ki, almaniyalı futbolçu “Real”, “Mançester Siti” və “Liverpul”un da hədəfindədir.

İdman.biz

Məqalədə: