XXI əsrin ikincisi - Arda Gülər

Xəbərlər
27 Aprel 2024 10:44
1 286
XXI əsrin ikincisi - Arda Gülər

Arda Gülər "Real"ın start heyətində meydana çıxdığı ilk La Liqa oyununda qol vurub.

İdman.biz xəbər verir ki, türkiyəli futbolçu İspaniya nəhənginin heyətində 19 yaş 61 günlüyündə bunu bacarıb.

Bu, XXI əsrdə Madrid klubunun ikinci göstəricisidir. Yalınız bir futbolçu La Liqa matçına start heyətində çıxdığı görüşdə daha gənc ikən qol sevinci yaşayıb.

Rodriqo 18 yaş 294 günlüyündə fərqlənib. 3-cü yer isə 20 yaş 44 günlüyündə bunu bacaran Cud Belinqemə məxsusdur.

Qeyd edək ki, Arda La Liqanın XXXIII turunun "Real Sosyedad"la matçında (1:0) qol sevinci yaşayıb.

İdman.biz

Məqalədə: