Mahir Emrelidən Hidayət Heydərova HƏDİYYƏ - FOTO

Xəbərlər
26 Aprel 2024 00:30
Mahir Emrelidən Hidayət Heydərova HƏDİYYƏ - FOTO

Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında iştirak edən cüdo yığmamızın düşərgəsinə baş çəkib.

İdman.biz xəbər verir ki, Zaqreb "Dinamo"sunda çıxış edən azərbaycanlı futbolçu Hidayət Heydərovla görüşüb.

Mahir cüdo üzrə 3 qat Avropa çempionuna "Dinamo"nun formasını hədiyyə edib. O, cüdoçularımıza qitə çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Emreli zədə üzündən uzun müddətdir Zaqreb klubunun əsas heyətindən kənarda qalıb.

İdman.biz