Gürcüstan Çempionlar Liqasının 2028-ci ildəki final oyununa ev sahibliyi etməyi planlaşdırır.
İdman.biz xəbər verir ki, bunu qonşu ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb.
O bildirib ki, 2027/28 mövsümünün Tbilisidə keçirilməsi üçün UEFA-ya müraciət olunacaq. Amma bunadək yeni stadionun inşası nəzərdə tutulub. Paytaxtda 70 min tamaşaçı tutumuna malik arena tikilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 2024-cü ildə Londonda, 2025-ci ildə Münhendə keçiriləcək.
İdman.biz