Rumıniya futbolunda qara kart tətbiq ediləcək

12 Sentyabr 2026 11:09
90
Rumıniya futbolunda qara kart tətbiq ediləcək

Futbol üzrə Rumıniya çempionatında yeni cəza növü – qara kart tətbiq olunacaq.

İdman.Biz xəbər verir ki, hələlik bu yenilik 7-16 yaşlı futbolçuların iştirak etdiyi oyunlarda sınaqdan keçiriləcək.

Əslində isə qara kart ideyası konseptual baxımdan məhz həmin kateqoriya üçün nəzərdə tutulub. Çünki bu kart futbolçular üçün deyil, onların valideynləri üçün yaradılıb.

Belə ki, Rumıniyada övladlarının oyunlarını izləməyə gələn ata və anaların birbaşa meydanın yaxınlığında tez-tez qalmaqal salması halları baş verir. Bəzən onlar meydana daxil olmağa və hakimə “necə idarəçilik etməli olduğunu” göstərməyə belə cəhd edirlər.

Məhz belə hallar üçün qara kart yaradılıb. Bu kart həddindən artıq fəallıq göstərən azarkeş-valideynlərə qarşı qanuni təsir mexanizmi formalaşdıracaq.

İdman.Biz
Məqalədə: