Xaçmazda kənd stadionu təmir edilib - FOTO

12 Sentyabr 2026 12:55
101
Xaçmazda kənd stadionu təmir edilib - FOTO

Xaçmaz rayonunun Qusarçay kəndində kənd stadionunun təmirdən sonra açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, mərasimdə çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova sahibkarların və özəl sektorun idmanın inkişafına verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb. O, belə təşəbbüslərin regionlarda yeniyetmə və gənc futbolçuların yetişməsinə stimul verəcəyini bildirib.

Qeyd olunub ki, stadion dəmir hasara alınıb, projektorlar, oturacaqlar və digər zəruri avadanlıqlarla təchiz edilib.

Tədbirdə Xaçmazın “Şimal” Futbol Klubunun futbolçuları, eləcə də rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İdman.Biz