Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakov” Polşa çempionatının yeddinci turunda öz meydanında “Motor”la qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş “Rakov”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli matça start heyətində başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.
Bu, “Rakov”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub.
Oyundan sonra komanda üzvləri qələbəni paltardəyişmə otağında böyük coşqu ilə qeyd ediblər. Mahir Emrelinin sevinci isə xüsusilə diqqət çəkib. Azərbaycan millisinin hücumçusu komandanın məşqçilərindən biri ilə birlikdə qələbəni çılğın şəkildə qeyd edib.
