Simone İnzaqi “İnter”in tarixinə üç ən titullu baş məşqçidən biri kimi düşüb.
İdman.biz xəbər verir ki, mütəxəssis Milan klubunda 6-cı zəfərini yaşayıb.
Onun yetirmələri A seriyasının XXXIII turunda “Milan”a 2:1 hesabı ilə qalib gələrək İtaliya çempionu olublar. 48 yaşlı çalışdırıcı bunadək iki dəfə ölkə kuboku, üç dəfə Superkuboka sahib çıxıb.
İnzaqi “İnter”dəki titul sayında Joze Mourinyonu keçib. Portuqaliyalının 5 uğuru var.
A seriyasının yarandığı 1929/30 mövsümündən indiyədək yalnız iki baş məşqçi “İnter” də daha çox titula sahib çıxıb. Elenio Errera və Roberto Mançininin hərəyə 7 uğuru var.
Qeyd edək ki, “İnter” 20-ci dəfə A seriyasının çempionu olub.
İdman.biz