Rekordun bir addımlığında

Xəbərlər
22 Aprel 2024 10:19
91
Rekordun bir addımlığında

Azərbaycan Premyer Liqasının XXXI turunda 18 top vurulub.

İdman.biz xəbər verir ki, “Turan Tovuz” - “Sumqayıt” (1:4) matçında 5, “Qarabağ” – “Qəbələ” (2:2) və “Zirə” – “Neftçi” (3:1) oyunlarının hərəsində 4, “Kəpəz” – “Sabah” (1:2) qarşılaşmasında 3, “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündə 2 qol qeydə alınıb.

Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. XXV turda da 18 qol vurulub. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Mövsümün rekordu isə X və XVI turlarda qeydə alınıb. Həmin vaxt 19 qol vurulub və orta göstərici 3,80 olub.

İdman.biz

Məqalədə: