Almaniyalı futbol əfsanəsi Lotar Matteus Portuqaliya millisində Kristianu Ronaldunun yaşadığı problemlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Lotar Matteusun fikirlərini RTL kanalı yayımlayıb.
Matteus hesab edir ki, məsələ yalnız Ronaldunun baş məşqçi ilə münasibətlərindən və onun ehtiyatda saxlanılmasından ibarət deyil.
“Onun möhtəşəm karyerası olub və təbrikə layiqdir. O, futbol üçün çox şey edib və buna görə ona yalnız minnətdar ola bilərik. Bəlkə də elə buna görə onun millidən ayrılması daha layiqli şəkildə baş verməli idi. O, bunu haqq etmirdi.
Məncə, problem məşqçi ilə münasibətlərdən və onun Ronaldunu ehtiyatda saxlamasından daha böyükdür. Hesab edirəm ki, Ronaldu artıq komanda yoldaşları arasında əvvəlki qədər söz sahibi deyil”, - Matteus deyib.
Qeyd edək ki, Ronaldo sentyabrın sonunda Portuqaliya millisinin düşərgəsini tərk edib. O, qərarının səbəblərini daha sonra açıqlayacağını bildirib. Baş məşqçi Jorje Jezuş isə Ronaldunun komandaya qayıtması üçün qapının açıq olduğunu söyləyib.
