“Turan Tovuz”dan ayrılan futbolçu MOİK-də

5 Oktyabr 2026 15:28
82
“Turan Tovuz”dan ayrılan futbolçu MOİK-də

Bu yay “Turan Tovuz” futbol klubundan ayrılan yarımmüdafiəçi Tural Bayramlının yeni iş yeri bəlli olub.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Birinci Liqada davam etdirəcək.

Bayramlı hazırda MOİK-in düşərgəsindədir. “Xankəndi” ilə oktyabrın 2-də keçirilən yoxlama oyununda da iştirak etmiş futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, MOİK Birinci Liqanın ilk üç turunda dörd xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin beşinci pilləsində mövqe tutub.

İdman.Biz