Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsində iki futbolçu ilə yollarını ayıra bilər.
İdman.Biz-in Türkiyə mediasına istinadən məlumatına görə, söhbət Dorgeles Nene və Oqnen Mimoeviçdən gedir. Hər iki futbolçu komandanın baş məşqçisi İsmail Kartalın planlarına daxil deyil.
Mənbənin məlumatına görə, 23 yaşlı Nene artıq agentindən özünə yeni klub tapmasını istəyib. “Fənərbağça” rəhbərliyi də futbolçu ilə yolların ayrılması variantını nəzərdən keçirməyə hazırdır və onun transferindən təzminat əldə etməyi planlaşdırır. İstanbul klubu Nenenni “Leypsiq”dən 18 milyon avroya transfer edib.
Mimoeviçin də komandanı tərk edəcəyi gözlənilir. 22 yaşlı serbiyalı futbolçu məşqçilər korpusunu razı sala bilməyib. O, son iki mövsümü icarə əsasında keçirib və hələ “Fənərbağça”nın heyətində heç bir rəsmi oyunda meydana çıxmayıb. Klub onun transferi üçün 6,7 milyon avro ödəyib. Futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, futbolçuların mümkün ayrılığı ilə bağlı məlumat “Fənərbağça”nın Azərbaycan təmsilçisi “Turan Tovuz”la yoldaşlıq oyunundan dərhal sonra yayılıb. Qarşılaşma oktyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
İstanbul klubu görüşdə 2:0 hesabı ilə qalib gəlib. Türkiyə təmsilçisinin heyətində qolları Nqolo Kante və Hakan Çağrı Balta vurublar.
