Renatın komandası düşmə zonasında

Xəbərlər
21 Aprel 2024 22:56
470
Renatın komandası düşmə zonasında

Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasının 33-cü turunu məğlubiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, “Hatayspor” Antalya səfərindən xalsız dönüb.

Renat “Antalyaspor”la qarşılaşmada 87-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. O, Karlos Stanberqin əvəzinə meydana daxil olub. Qarşılaşma rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Hatayspor” düşmə zonası olan 18-ci pilləyə geriləyib. Komandanın hesabında 33 xalı var.

İdman.biz