“Mançester Siti”nin futbolçusu Rayan Ayt-Nuri Əlcəzair millisinin heyətindən kənarlaşdırılıb və klubun düşərgəsinə qayıdacaq.
İdman.Biz xəbər verir ki, Bu barədə jurnalist Canluka Di Martsio məlumat verib.
Sentyabrın 25-də Əlcəzair Afrika Millətlər Kubokunun təsnifat matçında Zambiya ilə qarşılaşıb (3:1). Ayt-Nuri ehtiyat oyunçular skamyasında qalıb. İkinci hissədə milli komandanın baş məşqçisi Brahim Hemdani Rayanı meydana buraxmağa hazırlaşsa da, ikinci qoldan sonra fikrini dəyişib.
Mütəxəssis əvvəlcə futbolçunu ehtiyat oyunçular skamyasına göndərib, daha sonra isə isinmə hərəkətləri etməyi tapşırıb. Ayt-Nuri məşqçinin göstərişinə əməl etməyib və millinin heyəti ilə münaqişə yaşayıb.
Əlcəzair millisinin mətbuat xidmətindən bildirilib ki, futbolçu yaxın zamanlarda keçirilən oyunlarda yığmada olmayacaq: “Milli komandanın baş məşqçisi Brahim Hemdani futbolçu Rayan Ayt-Nurini milli komandanın yaxın zamanlarda keçirilən matçlardan azad etmək qərarına gəlib".
Əlcəzairli futbolçunun “Mançester Siti”yə qayıdacağı bildirilir.
