Fuente: “İspaniyanın böyük ambisiyaları var”

27 Sentyabr 2026 04:37
68
Fuente: “İspaniyanın böyük ambisiyaları var”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının birinci turunda İngiltərə yığması üzərində qazandıqları səfər qələbəsini (3:2) şərh edib.

İdman.Biz xəbər verir ki, de la Fuente “Teledeporte” efirində açıqlamasında komandasının mübarizəyə kökləndiyini bildirib.

“Bu komandanın böyük ambisiyaları var və o, qalib gəlməkdən dayanmaq istəmir. Çətinlik çəkdiyimiz və ingilis futbolçuların istedadını cilovlamalı olduğumuz anlar oldu, lakin düşünürəm ki, biz özünü yenidən kəşf etməyi bacaran İspaniya gördük”, - deyə Fuente vurğulayıb.

Qeyd edək ki, İspaniya millisi sentyabrın 29-da Sevilyada Xorvatiya yığmasını qəbul edəcək.

İdman.Biz