İngiltərə millisinin hücumçusu Harri Keyn Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda İspaniyaya məğlub olduqları (2:3) matçı şərh edib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Keyn açıqlamasında qaçırdığı penaltini şanssızlıqla əlaqələləndirib.
“Əla oyun keçirdik, lakin İspaniya əbəs yerə dünya çempionu olmayıb. Vurulmayan penalti? Ayağım sürüşdü, bəxtim gətirmədi”, - deyə Keyn bildirib.
Qeyd edək ki, İngiltərə millisinin kapitanı 53-cü dəqiqədə 11 metrlik nöqtəyə yaxınlaşsa da, zərbəsi tirə dəyib. Keyn bundan əvvəl isə oyunda fərqlənərək İngiltərə millisinin ikinci qolunu vurub.
