“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, Roy Kin “Mançester Siti”nin cəzalandırılmasını istəyib.
“Nəhayət ki, qərar verildi. Bütün bunlar artıq çox uzun çəkirdi. Mən Rodrinin dedikləri ilə qətiyyən razı deyiləm. Bu, klubun seçimi idi. Onlar fırıldaqçılıq etməyi seçdilər və son illərdə qazandıqlarına görə cəzalandırılmalıdırlar.
Cəzanın sərhədinin dəqiq haradan keçməli olduğunu müəyyən etmək çətindir. Lakin onlar fırıldaqçılıq etdilər, təqsirli bilindilər və indi nəticələri qəbul etməli olacaqlar”, - deyə Kin vurğulayıb.
Sentyabrın 25-də Premyer Liqanın müvafiq komissiyasının “şəhərlilər”i təqdim olunan 115 maddədən 114-ü üzrə təqsirli bildiyi barədə məlumat yayılıb. Mümkün cəzalardan biri kimi komandanın Premyer Liqadan kənarlaşdırılması göstərilib. Eyni zamanda “Mançester Siti”nin apellyasiya şikayəti verəcəyi bildirilib.
