“Spartak”: Qurban Qurbanovdan sonra Okan Buruka təklif

Xəbərlər
21 Aprel 2024 13:04
400
“Spartak”: Qurban Qurbanovdan sonra Okan Buruka təklif

“Spartak” “Qalatasaray”ın baş məşqçisi Okan Buruka təklif göndərib.

İdman.biz xəbər verir ki, Moskva klubu türkiyəli mütəxəssisə illik 2,5 milyon avro məvacib ödəməyə hazırdır.

Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Moskvalılar məşqçiyə 2,5 milyon avro bonuslar təklif edib. Amma Okan Burukun “Spartak”ın təklifini rədd etdiyi bildirilib. 50 yaşlı mütəxəssis “Qalatasaray”dakı işinə davam etmək arzusundadır. Ötən il İstanbul klubuna çempionluq qazandıran Burukun müqaviləsi iyunun sonunda bitəcək.

Qeyd edək ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da “Spartak”ın baş məşqçi vəzifəsinə namizəddir.

İdman.biz